Sakinlərin telefon problemi

  • Space TV
  • 9 Sentyabr 2020 13:25

Sumqayıt şəhərində əksər sakinləri məcburi köçkünlər olan 76-cı məhəllədə yaşayanların problemləri saymaqla bitməz. Space TV-nin xəbərinə görə, sakinləri narahat edən məsələlərdən biri də evlərinə telefon xəttlərinin çəkilməməsidir.  3 il əvvəl ərazinin telefonlaşdırılması zamanı 76-cı məhəlləyə də xüsusi avadanlıq quraşdırılıb. Amma hələ fəaliyyətə başlamayıb. Qonşu məhəllələrdə evlərə telefon xəttləri çəkilsə də 76-cı məhəllə nədənsə unudulub.  Evlərdə telefonun olmaması sakinlərə əlavə problemlər yaradır.

Pandemiya dövründə, xüsusi karantin rejiminin məhdudiyyətləri bu problemləri daha da artırır.

Məsələnin təfərrüatlarını dəqiqləşdirmək və problemin nə vaxt həll ediləcəyin öyrənmək məqsədi ilə Aztelekom MMC-yə sorğu ünvanladıq. Sorğumuza cavab olaraq bildirildi ki,  Sumqayıt şəhər 76-cı məhəllənin telefonlaşması üçün yeni texnologiyalı ONU avadanlığı quraşdırılıb, vətəndaşların şəbəkəyə qoşulmasına başlanılıb. Lakin pandemiya ilə əlaqədar digər küçələrin sakinlərinin xidmətlərdən istifadə etmələri üçün  paylayıcı şəbəkənin tikintisində müəyyən yubanmalar baş verib. Yaxın zamanlarda  sözügedən şəbəkənin tikintisi başa çatdırılacaq  və  vətəndaşlar telekommunikasiya xidmətləri ilə  təmin olunacaqlar.

Orxan Şükür, Həsənağa Dadaşov, Space TV

Paylaş

 Xəbəriniz olsun