Sakinlər üçün təhlükəyə çevrilən telefon dirəkləri

  • SpaceTV
  • 16 Noyabr 2019 11:59

İllərdirtelefon dirəyi yararsız vəziyyətə düşdüyü üçün onu təmir etmək əvəzinə məftillə bərkidiblər ,aşmasın  ki, qəsəbədəki abenentlərin xəttində nasazlıq yaranmasın.Daha fikirləşən olmayıb ki, bu dirəklər aşdığı zaman  baş verə biləcək qəzada hətta insan itkisidə ola bilər

Görüntülər Suraxanı rayonu Əmircan qəsəbəsi Tofir Quliyev küçəsi -82 ünvanındandı.Yaşayış evlərinin qarşısında olan bu dirəklər yararsız vəziyyətə düşdüyü üçün ərazidə olan sakinlər üçün təhlükəyə çevrilib.Sakinlər bildirirlər ki, hətta evdən çıxanda belə ehtiyat edirlər ki, qəzalı vəziyyətdə olan dirək aşıb onlara zərər verə bilər

Bir küçədə qəzalı vəziyyətdə olan  bu iki dirək həmdə qəsəbədə yerləşən  87 saylı məktəbin yolunun üzərindən  keçdiyinə  görə  hazırda təhlükə bu məktəbdə oxuyan şagirdlər üçün də qalmaqdadır.

Sakinlər üçün təhlükəyə çevrilən telefon dirəkləri ilə bağlı üz tutduq Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin Sabunçu Telefon Qovşağına.Təssüf ki, qrumda suallarımızı cavablandıran biri tapılmadı.Əmircan qəsəbəsi üzrə ərazi nümayandəliyindən isə bildirildi ki, problemdən onlarda xəbərdardı, sakinlərin şikayəti əsasında dirəklərin dəyişdirilməsi ilə bağlı  aidiyyatı üzrə quruma məlumat verilib.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun