Sakinlər niyə evlərinə köçə bilmir? – VİDEO

  • SpaceTV
  • 12 Avqust 2020 14:35

“AAAF Park” yaşayış kompleksindən mənzil alan yüzlərlə sakin hələ də kirayədə yaşamağa məcburdur. Space TV-nin məlumatına görə, ödəniş edilərkən vətəndaşlara tikintinin yaxın zamanda yekunlaşacağı bildirilsə də, bəzi binaların bünövrəsi belə hörülməyib.

Vətəndaşlar bildirir ki, mənzillərin ödənişi vaxtında həyata keçirilsə də, inşaat ləngiyir. İşlərin getdiyi binalarda da ildə cəmi 1 mərtəbə yüksəlir. Onlar tikinti şirkətindən qısa zamanda binaların tikilib istifadəyə verilməsini tələb edirlər. Çəkiliş zamanı əraziyə gələn tikinti şirkətinin nümayəndəsi də ümidverici danışmayıb.

Sakinlərin tikinti şirkətinin rəhbərliyi ilə görüşmək istəyi də alınmayıb.

Şirkət rəsmiləri vətəndaşların qarşısına çıxıb suallara aydınlıq gətirməyib. Görünür daha deyiləcək söz, veriləcək ümid də qalmayıb. Görünən odur ki, min bir zəhmətlə evinin pulunu ödəyən sakinlər hələ bir qədər də gözləməli olacaq. Mövzuya qayıdacağıq.

Paylaş

 Xəbəriniz olsun