Sakinlər bir-birini bıçaqladı

  • SpaceTV
  • 14 Oktyabr 2019 14:58

      Hadisə rayonun Böyük Kəngərli kəndində qeydə alınıb.Kənd sakini Abışov Kamil Əmirxan oğlu aralarında yaranan münaqişə zəminində həmkəndliləri – 1972-ci il təvəllüdlü Quliyev Qiyas Ötərxan oğluna və 1990-cı il təvəllüdlü İbişov Hüseyn Əlihüseyn oğluna bir neçə  bıçaq xəsarəti yetirib. Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və onlara ilkin tibbi yardım göstərilib. Mübahisə zamanı həmkəndlilərin içkili vəziyyətdə olduqları bildirilir.

     Faktla bağlı Kürdəmir rayon polis şöbəsində araşdırma araşdırılır.

      VAHİD  FƏXRİ SPACE TV

Paylaş

 Xəbəriniz olsun