Şahzadə Harrinin həyat yoldaşı: “İntihar etmək fikrinə düşmüşdüm”

  • Space TV
  • 8 Mart 2021 16:24

Böyük Britaniya şahzadəsi Harrinin həyat yoldaşı Meqan Markl əvvəllər intihar etmək fikrinə düşdüyünü bildirib. 

“Page Six” agentliyi xəbər verir ki, M.Markl bu barədə amerikalı televiziya aparıcısı Opre Uinfriyə verdiyi müsahibədə etiraf edib.

“Bunu Harriyə etiraf etməkdən utanırdım. Ancaq bilirdim ki, bunu deməsəm, həqiqətən intihara əl ata bilərəm. Və bu çox aydın, real və daim məni qorxuda saxlayan fikir idi”, – deyə, M. Markl bildirib.

Paylaş

 Xəbəriniz olsun