Şahmatçımız dünya çempionu ilə qarşılaşacaq

  • SpaceTV
  • 8 İyul 2020 11:18

Azərbaycan şahmatçısı Günay Məmmədzadə çinli dünya çempionu Yu Venyunla mübarizə aparacaq.

space tv xəbər verir ki, bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) təşkilatçılığı ilə sürətli şahmat üzrə onlayn formatda “Women’s Speed Chess Championship” yarışı çərçivəsində Qran-Pri turnirinin üçüncü mərhələsi start götürəcək.

Turnirdə ümumilikdə, 16 şahmatçı mübarizə aparacaq.

Yarışda Azərbaycan şahmatçısı Günay Məmmədzadə də iştirak edəcək. 1/8 finalda şahmatçımızın rəqibi dünyanın ən güclü qadın şahmatçılarından biri, çinli Yu Venyun olacaq.

Paylaş

 Xəbəriniz olsun