Şahmat millimiz Olimpiadada mübarizəyə başlayır

  • Space TV
  • 21 Avqust 2020 11:05

Bu gün Beynəlxalq Şahmat Federasiyasının (FIDE) ilk dəfə keçirəcəyi Onlayn Olimpiada Top Divizionda start götürəcək.

Spacetv.az FIDE-nin saytına istinadən xəbər verir ki, güclü komandaların yarışdığı bu divizionda Azərbaycan millisi də mübarizə aparacaq.

Komandamız bu gün B qrupunda üç görüş keçirəcək. Bakı vaxtı ilə saat 15:00-da Niderlandla, 16:00-da Macarıstanla və 17:00-da CAR-la qarşılaşacaq.

Qrup mərhələsinə ayın 23-də yekun vurulacaq. Qrupda ilk üç yeri tutan komandalar “pley-off”a vəsiqə qazanacaq.

Qeyd edək ki, avqustun 30-da başa çatacaq Onlayn Olimpiadada Azərbaycan Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva ilə təmsil olunacaq.

Paylaş

 Xəbəriniz olsun