Şahmat millimiz Olimpiadada liderdir – FOTO

  • Space TV
  • 22 Avqust 2020 10:47

Onlayn Şahmat Olimpiadasında millimiz yer aldığı B qrupunda turnir cədvəlinə başçılıq edir.

Spacetv.az-ın xəbərinə görə, dünən Niderlanda 3,5:2,5, Macarıstana 5:1 və CAR-a 5,5:0,5 hesablarına qələbə qazanan komandamız altı xal toplayıb.

Üç turun nəticəsinə əsasən maksimum xal toplayan yeganə komanda yığmamız olub. Hazırda millimizi turnir cədvəlində beş xalla Ukrayna izləyir.

Yığmamız bu gün daha üç turun görüşlərini keçirəcək. Komandamız Ukrayna, Slovakiya və Qazaxıstan yığmaları ilə üz-üzə gələcək.

Xatırladaq ki, qrupda ilk üç yeri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanır.

Paylaş

 Xəbəriniz olsun