Şahmat millimiz Olimpiadada 1/8 final görüşünə çıxmayacaq

  • Space TV
  • 24 Avqust 2020 10:44

FIDE-nin ilk dəfə keçirdiyi onlayn şahmat üzrə Olimpiadada millimizin potensial rəqibləri bəlli olub.

Spacetv.az xəbər verir ki, B qrupunu lider kimi başa vurduğu üçün birbaşa 1/4 finala vəsiqə qazanan yığmamız 1/8 final mərhələsində çıxış etməyəcək.

Komandamız 1/4 finalda C qrupunun ikincisi olan Bolqarıstanla D qrupunun üçüncüsü Polşa görüşünün qalibi ilə qarşılaşacaq. Bu görüş avqustun 28-də baş tutacaq.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Niderland, Macarıstan, CAR, Slovakiya, İspaniya, Norveç və Fransaya qalib gəlib, Ukrayna və Qazaxıstana uduzub.

Nəticədə 14 xalla millimiz qrup lideri olub. Macarıstan 14 xalla ikinci, Ukrayna isə 13 xalla üçüncü yeri tutub.

Xatırladaq ki, Olimpiadada hər xana üzrə üç kişi və üç qadın şahmatçılar mübarizə aparır.

Paylaş

 Xəbəriniz olsun