Şahin Mustafayev İran sənaye, mədənlər və ticarət naziri ilə görüşüb

  • SpaceTV
  • 4 Avqust 2019 20:56

Bu gün İran sənaye, mədənlər və ticarət naziri Rza Rəhmani və Azərbaycan iqtisadiyyat naziri Şahin Mustafayev arasında görüş keçirilib.

İran sənaye və ticarət naziri bildirib ki, avtomobil, dərman, avtomobil hissələrinin istehsalı və müştərək sənaye şəhərciyinin yaradılması ilə bağlı əldə olunan razılaşmalar iki ölkənin səyi ilə daha sürətlə icra oluna bilər.

Ş.Mustafayev  deyib ki, bu ilin 6 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsi 2.2 dəfə artıb.

Paylaş

 Xəbəriniz olsun