Sahibkarlığın İnkişafı Fondunun saxlama xərcləri nə qədər olub?

  • Space TV
  • 10 Fevral 2021 12:04

Sahibkarlığın İnkişafı Fondunun cari hesabına qaytarılan güzəştli kreditlər üzrə daxilolmaların məbləği 151 milyon manat olub.

Spacetv.az-ın Fondun “2020 – İllik Hesabat”ına əsasən verdiyi məlumata görə, bu vəsaitin 143 miyon manatını kreditlər üzrə əsas borc, 7,7 milyon manatını kreditlərə hesablanmış faiz, 1,32 min manatını öhdəliklərin yerinə yetirilməməsinə görə cərimə və 0,75 min manatını istifadə olunmamış limitə görə cərimə məbləğləri təşkil edib.

2020-ci il ərzində Fondun vəsaitləri hesabına sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli kredit vəsaitlərinin ayrılması təmin edilib. Həmin vəsaitlərin maliyyə mənbəyini Fond tərəfindən əvvəlki illərdə verilmiş güzəştli kreditlər üzrə daxilolmalar, o cümlədən, kredit üzrə əsas borc məbləği, faiz, cərimə və digər daxilolmalar təşkil edib.

2020-ci il ərzində hesab qalığına “overnight” depozit məhsulu üzrə hesablanmış 207 min manat faiz məbləğindən, eləcə də “müddətli əmanət” depozit məhsulu üzrə hesablanmış 900 min manat faiz məbləğindən 10 faiz dərəcəsində ödəmə mənbəyində vergi tutulduqdan sonra 996,3 min manat Fondun hesablaşma hesabına köçürülüb.

Fondun 2020-ci il ərzində saxlanma xərcləri 4,4 milyon manat təşkil edib.

Paylaş

 Xəbəriniz olsun