Sahibkarlığa dəstək

  • SpaceTV
  • 30 İyun 2020 11:25

Karantin müddətinin artırılması ilə bağlı tədbirlər planında  əməkhaqqı fonduna dəstək və mikro sahibkarlıq subyektlərinə birdəfəlik ödənişlər nəzərdə tutulmur. Amma hazırda da koronavirus pandemiyasından zərərçəkən sahələrdə çalışan muzdlu işçilərin əmək haqqlarının ödənilməsi üçün vəsait köçürülür. Bu daha öncə müraciət edən şəxslərə aid vəsaitlərdir ki, iyunun 23-nə qədər 210 min 152 muzdlu işçinin əmək haqqı ödənilib.

Sahibkarlar bildirirlər ki, pandemiyanın getdikcə güclənməsi və iqtisadi fəallığın azalması fonunda işçilərin bir qismini ixtisar etmək məcburiyyətində qalırlar. Hazırda əksər iş yeri sahibləri mümkün qədər az işçi sayı ilə fəaliyyət göstərməyə çalışırlar. İndi həmin işçilərin də yalnız 50 faizinə icazə verilməsi bəzi sahələrdə ümumiyyətlə işin dayandırılması anlamına gəlir. Onsuz da yarı gücü ilə işləməyə məcbur olan bir çox kiçik və orta biznes sahibləri mümkün olduğu qədər azaltdıqları işçi sayını indi də tam yarı bölməli olacaqlar. Az sayda işçi sayı ilə isə, bir çox sahələrdə istehsalatı həyata keçirtmək mümkün deyil.

Qeyd edək ki, yaxın zamanda Azərbaycanda pandemiyanın sahibkarlığa mənfi təsirlərini aradan qaldırmaq üçün güzəştli kreditlər veriləcək. Sahibkarlara 12 faizlə kredit təklif ediləcək ki, onun da 10 faizini dövlət ödəyəcək.

Cəfər Talıb space tv

Paylaş

 Xəbəriniz olsun