Sahibkarlarla görüş keçirilib – VİDEO

  • SpaceTV
  • 3 Oktyabr 2019 18:27

Bu gün Sumqayıt şəhər icra hakimiyyəti və  hüquq mühafizə orqanlarının təmsilçiləri  ilə sahibkarların görüşü keçirilib.Görüşün keçirilməsində məqsəd sahibkarların Sumqayıt şəhərinin inkişafında rolunu və gələcək inkişaf tədbirlərini müəyyən etməkdir. Görüşdə iqtisadiyyatın müxtəlif sahələri, o cümlədən sənaye, kənd təsərrüfatı, vergi, gömrük, sahibkarlıq, ixrac və digər sahələrdə həyata keçirilən tədbirlər barədə məlumat verilib, sahibkarları maraqlandıran məsələlər müzakirə edilib.

Şahin Məmmədov bildirdi ki, sumqayıt şəhərinin biznes uğurunu birlikdə irəli aparmaqda bu cür tədbirlərin əhəmiyyəti böyükdür. Keçirilən görüşdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Sumqayıtda 20 min-dən çox sahibkar olduğunu və onların iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərdiyini bildirdi.

Tədbirin sonunda sahibkarlar təkliflərini irəli sürüb və  fikir mübadiləsi aparılıb.

LALƏ ÜLVİQIZI  SPACE TV

Paylaş

 Xəbəriniz olsun