Sahibkarlara vacib xəbər

  • SpaceTV
  • 11 Oktyabr 2019 18:06

Gördüyünüz bu çörək zavodu güzəştli kreditlər hesabına qurulub. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun Sabunçu rayonunda maliyyələşdirdiyi 376 investisiya layihəsindən biridir. Zaman keçdikcə qoyulan investisiyanı doğruldan zavod indi paytaxtın böyük bir hissəsini çörəklə təmin edir, eyni zamanda yüzə yaxın insanın iş yeridir.

Bu günə qədər Sabunçu rayonunda 37,7 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması rayonda 3800-dək iş yerinin açılmasına təmin edib. Sahibkarların onlar üçün yaradılan imkanlardan, güzəştlərdən istifadə etməsi üçün maarifləndirmə tədbirləri davam etdirilir. Bu gün Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan startap layihələrinin maliyyələşdirilməsi, istixana və zeytunçuluq təsərrüfatları, badam bağı, ixtisaslaşdırlımış “yaşıl market”, dekorativ daş və şirniyyat məhsullarının istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib.

Toplantıda Fondda Sahibkarlara Xidmət və Biznes İnkubasiya mərkəzlərinin fəaliyyət göstərdiyi vurğulanıb, sahibkarlar bu imkanlardan yararlanmağa dəvət edilib.

Cəfər Talıb SPACE TV

Paylaş

 Xəbəriniz olsun