Yerli inəklərin cırlaşmış sortları fermerin qulluğunu artırsa da gəlirini bir o qədər də artırmırdı. Belə olan halda fermerin zəhməti cox cəkməsinə baxmayaraq qazancından faydalana bilmirdi . Qazaxlı fermer lizinq yolu ilə əldə etdiyi cins malların sayını 3 ildə 3 dəfə artırıb. Nəticə etibarı ilə fermerin gəlirləri də artmış olub .
Təsərüfat sahibi olan Nadir Yusifov bildirir ki 3 il əvvəl cins heyvanları Dövlət xətti ilə təsərüfatına gətirib . İlk əvəl təsərüfatına qatdığı heyvanların törəmələri də bala verərək təsərüfatı zənginləşdirib .
Kənd təsərüfatı nazirliyinin yerli şöbəsindən bildirdilər ki, Nazirliyin xətti ilə ümumilikdə Qazax rayonuna 2014 cü ildən bu vaxta kimi 222 cins mal gətirilib . Onun da 10 başı bu ilin payına düşür . Qeyd edək ki , gətirilən cins damazlıq heyvanlara 60 faiz güzəşt tətbiq edilməklə sahibkarlara lizinq yolu ilə satılıb.
Vasif Vaqifoğlu SPACE TV