Sahibə Qafarova Küveytin Azərbaycan Respublikasındakı səfirliyində olub

  • SpaceTV
  • 1 Oktyabr 2020 17:27

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfirliyində olub. 

Bu barədə Spacetv.az-a Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

Belə ki, sədr Sahibə Qafarova Küveyt Dövlətinin Əmiri Şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabahın vəfatı ilə əlaqədar Azərbaycan dövləti və xalqı adından başsağlığı verib, matəm kitabına ürək sözlərini yazıb. Eyni zamanda Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə söhbət edib, ona başsağlığı verib.

Səfir Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi Azərbaycan Respublikasının rəhbərliyinə və xalqına minnətdarlıq ifadə edib.

Paylaş

 Xəbəriniz olsun