Sahibə Qafarova əmanətlərin sığortalanması ilə bağlı müzakirənin keçirilməsini təklif edib

  • Space TV
  • 11 Dekabr 2020 11:55

Milli Məclisin sədri Sahibə Qafarova əmanətlərin sığortalanması ilə bağlı müzakirənin keçirilməsini təklif edib.

Spacetv.az xəbər verir ki, o, bu təkliflə parlamentin bu gün keçirilən iclasında “Əmanətlərin tam sığortalanması haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanun layihələrini birinci oxunuşda müzakirəsi zamanı çıxış edib.

Spiker deyib ki, cəmiyyətdə bu məsələ ilə bağlı çoxlu suallar var.

“Təklif edirəm, bu məsələ ilə bağlı müzakirə keçirilsin. Burada jurnalistlər də iştirak edir. Bu məsələ ilə bağlı məlumatlar verilsin. Çünki cəmiyyətimizdə çoxlu suallar var. Hesab edirəm ki, təkcə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi yox, digər komitələr də bu məsələ ilə bağlı müzakirələr keçirə bilər”, – S.Qafarova əlavə edib.

Paylaş

 Xəbəriniz olsun