Şahbaz Quliyevin anası vəfat etdi

  • Space TV
  • 22 Yanvar 2021 15:59

Ötən ilin dekabr ayında erməni girovluğundan azad edilən Şahbaz Quliyevin anası Sənəm Quliyeva vəfat edib. 

Bu barədə mərhumun oğlu İlham Quliyev məlumat verib.

Xatırladaq ki, Şahbaz Quliyev Dilqəm Əsgərovla birgə 2014-cü ildə Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Onlar 2020-ci il dekabrın 14-də əsir və girovların qarşılıqlı qaytarılması zamanı Bakıya gətiriliblər.

Bir müddət xəstəxanada müalicə aldıqdan sonra evlərinə buraxılmışdılar. Sosial şəbəkələrdə Şahbaz Quliyevin anası ilə görüşünü əks etdirən videogörüntülər də yayılmışdı.

Qafqazinfo

Paylaş

 Xəbəriniz olsun