Sağlamlıq, yoxsa cana qəsd?

  • Space TV
  • 7 Yanvar 2020 16:29

Sağlam bədəndə sağlam ruh olar deyiblər.Təssüf ki, bir çoxları idmana sağlamlıqları üçün deyil,  müəyyən məqsədlərini həyata keçirmək üçüngedirlər.Ancaq bəzən illərdir peşəkar idmanla məşğul olanlarda düzgün qəbul etmədikləri pereparatların qurbanına çevrilirlər.

Elə ötən həftə paytaxtda fitnes müəllimi kimi çalışan 27 yaşlı idmançı İnam Bayramov zalda idman etdiyi zaman qəfil yerə yıxılaraq dünyasını dəyişib.İddialara görə idmançının ürəktutmasından dünyasını dəyişdiyi ehtimal edilir.Bəs həqiqətənmi idmançının ürəyində problem olub, yoxsa qəbul etdiyi hər hansısa dərman onun ölümünə səbəb olub.?

Uzun illərdir ki,  fitnes  kulublarda müəllim kimi çalışan Təbriz Tarverdiyev deyir ki, idman qidalarının insan orqanizmi üçün zərərləri yalnız ondan düzgün istifadə etmədikdə meydana gəlir.Elə çoxlarıda bəzən idmana sağlamlıqları üçün deyil,əzələlərini müəyyən yerlərdə  nümayiş etdirmək məqsədi ilə qəbul edirlər.

Odur ki, tez bir zamanda ideal bədən qurluşuna sahiblənmək istəyən belələri hətta qadağan olunmuş dərmanlardan istifadə etməkdən çəkinmirlər.

Onuda diqqətə çatdıraq ki, ölkəmizdə bir sıra idman qidaları və bioloji fəallığa malik qida əlavələri var ki, qadağan olunmasıan baxmayaraq qeyri-leqal şəkildə  satışına rast gəlmək mümkündür .

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun