Sağlamlığında ciddi problemlər yaranan Sezen Aksu: “Çətinlik çəkirəm”

  • SpaceTV
  • 18 May 2020 12:55

Türkiyənin əfsanəvi müğənnisi Sezen Aksunun sağlamlığında ciddi problemlər yaranıb.

SPACE TV  xəbər verir ki, 2014-cü ildə bağırsaq iltihabından əməliyyat olunan sənətçinin altı ildən sonra vəziyyəti yenidən ağırlaşıb.

Yoğun bağırsağın iltihabından əziyyət çəkən məşhur sənətçi deyib: “Kolit səbəbi ilə səhhətimdə problemim var. Çətinlik çəkirəm”.

S.Aksunun bu açıqlaması sevənlərini kədərləndirib.

Onun yenidən əməliyyat olunacağı haqqında məlumatlar yayılıb.

Paylaş

 Xəbəriniz olsun