Şagirdlərin yerdəyişməsinə başlanılır

  • Space TV
  • 12 Noyabr 2020 13:33

16 noyabr saat 11:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı aktiv olacaq.

Təhsil Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Paylaş

 Xəbəriniz olsun