Son illər paytaxt məktəblərində xarici dil fənləri yüksək səviyyədə tədris olunmağa başlasa da, hələ də bir sıra çatışmazlıqlar yaşanmaqdadır. Bu fənlərin tədrisi zamanı dərsliklərlə yanaşı əlavə vəsaitlərə də təlabat olduğundan şagirdlər bəzən çıxılmaz vəziyyətdə qalaraq hansı vəsaitlərdən istifadə etməli olduqlarını bilmirlər.
Paytaxda ilk dəfə olaraq gənc müəllim orta məktəblərin şagirdləri üçün hazırlanan ingilis dili – əlavə vəsaitlərdə bütün dərsliklərin mənasını həm ingilis həm də Azərbaycan dilində ərsəyə gətirib.
Artıq bir neçə ildir ki, ingilis dili orta məktəblərdə tədris olunan dərsliklərlə yanaşı azərbaycanlı müəlliflərin yazdıqları əlavə vəsaitlər hesabına da keçirilir. Müəllif Günel Təhməzli deyir ki, əlavə vəsaitlərdə olan mövzular dərsliklərə salınmadığı üçün əsasən də ibtidai sinif şagirdləri ingilis dilini öyrənməkdə çətinlik çəkirlər. Həm də ibtidai siniflərin xarici dil dərsliklərində tərcümə qeyd olunmaması da şagirdlərin dil qavramasında problemlər yaradırdı.
Mütəxxəsis bildirir ki, kurikulum sistemi tətbiq olunduqdan sonra ingilis dilinin öyrənilməsində daha çox ibtidai siniflər problemlə qarşılaşır. Elə yeni vəsait həm ibtidai siniflərin dərslikləri, həm də 5-11-ci siniflərin kurikulm dərsliklərini əhatə edən lüğət olacaq.
Məlumat üçün bildirək ki, Günel Təhməzlinin müəllif olduğu bu əlavə dərs vəsaitləri artıq illərdir orta məktəblərdə tədris olunur.
Rəşad Vəkiloğlu