Şagirdlərin elektron yerdəyişməsinə start verilib

  • Space TV
  • 16 Noyabr 2020 12:44

Noyabrın 16-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılıb.

Təhsil Nazirliyindən Spacetv.az-a verilən məlumata görə, şagird yerdəyişməsinin elektronlaşdırılması üzrə sistemdən istifadə üçün www.sy.edu.az portalına daxil olaraq qeydiyyatdan keçmək lazımdır.

Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılmasına, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Paylaş

 Xəbəriniz olsun