Şagird məktəbdə öldü

  • Space TV
  • 27 Noyabr 2019 15:22

Gəncə şəhər M.Ş. Vazeh adına 16 nömrəli tam orta məktəb şagirdin ölümü ilə bağlı məlumat yayıb. Məktəbdən verilən məlumata görə, məktəbin 1-ci sinif şagirdi Xədicə Hətəmlinin bu gün 12:30 radələrində halı pisləşib və qıcolma keçirib. Hadisə zamanı şagirdin nənəsi, müəllimi və məktəbin tibb bacısı yanında olub: “Məlumat üçün bildiririk ki, şagird epilepsiya xəstəliyi olduğu üçün nənəsi hər zaman şagirdlə dərsə gəlir, onu gözləyir, tənəffüs müddətində onu yedizdirirmiş. Şagird xəstəxanaya çatdırılanadək yolda dünyasını dəyişib.  Qeyd edək ki, Gəncədə məktəbdə ölüm faktı qeydə alınıb. Məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Hətəmli Xədicə Rəhim qızı təhsil ocağında qəflətən yıxılıb. Təcili Tibbi Yardım gələnə qədər şagirdin keçindiyi bildirilirdi. Hazırda baş verən faktla bağlı araşdırma aparılır.

Zakir Muradov  SPACE TV

Paylaş

 Xəbəriniz olsun