Şadlıq sarayında dava düşdü

  • SpaceTV
  • 13 Yanvar 2020 17:47

İnsident Yasamal rayonu,Abbas Mirzə Şərifzadə küçəsində yerləşən şadlıq saraylarımdan birində yaşanıb.Şadlıq evində keçirilən toy mərasimi zamanı qonaqla sarayın fotiqrafı arasında şəkil üstündə dava düşüb.Daha sonra dava əlbəyaxa davaya çevrilib.Hadisə nəticəsində 2 nəfər fotoqraf 37 yaşlı Ruslan Məmmədov və 41 yaşlı Mirbəhrəm Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.Məlumata görə Ruslan Məmmədovun burnu sınıb.Elə bizdə hadisənin təfərrüatlarını öyrənmək üçün yollandıq sözügedən şadlıq sarayına.İlk olaraq bizi sarayın ofisiantı qarşıladı.O sarayın admisintratorunun gələcəyini dedi.Daha sonra bir nəfər şəxs bizə yaxınlaşdı.Özünü təqdim etməyən bu şəxs isə kobudcasına bizdən sarayı tərk eləməyi tələb etdi.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırmalar aparılır.

HÜRÜ ƏLİYEVA SPACE TV

Paylaş

 Xəbəriniz olsun