Şadlıq evində tavan uçdu: ölən var – Azərbaycanda FACİƏ

  • SpaceTV
  • 21 Yanvar 2020 12:04

Xaçmaz rayonunda şadlıq evində ölüm hadisəsi olub.

SPACE TV  bildirir ki, hadisə rayon ərazisindəki “Aygün” şadlıq sarayında baş verib. Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü, adıçəkilən obyektdə fəhlə işləyən Məmmədov Rəşid Hümmət oğlu toy zalının asma tavanında çilçıraq bağlayarkən tavanın gipsalitdən olan hissəsi uçub. Nəticəsində 6 metrlik hündürlükdən mərmər döşəməyə yıxılan R.Məmmədov hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda cinayət işi başlanıb.

Paylaş

 Xəbəriniz olsun