ŞAD XƏBƏR: Tibb işçilərinin əməkhaqları artır

  • SpaceTV
  • 6 Noyabr 2019 17:08

SPACE TV  bildirir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Agentlikdən bildirilib ki, qarşıya qoyulan mühüm vəzifələrdən biri səhiyyə işçilərinin gəlirlərinin əmək bazarının tələblərinə uyğun tənzimlənməsidir “İTS-nin ölkədə tətbiqindən sonra tibb işçilərinin əməkhaqları artacaq. Həkimlərin əməkhaqları iki hissədən ibarət olacaq. Birinci hissədə həkimin aldığı aylıq məvacib Vahid Tarif Cədvəlinə əsasən sabit olacaq. İkinci hissədə isə həkimin göstərdiyi xidmətə görə onun əməkhaqqına əlavələr olacaq. Hazırda “Həkimlərin əməkhaqlarına əlavələrin hesablanması və ödənilməsi Qaydaları” müvafiq dövlət qurumları ilə razılaşdırılma mərhələsindədir”.

Paylaş

 Xəbəriniz olsun