ŞAD XƏBƏR: Əhalinin kiçik həcmli bank kreditləri silinə bilər – Millət vəkili AÇIQLADI

  • SpaceTV
  • 23 Aprel 2020 13:28

İqtisadi durğunluq və karantin rejiminə görə sahibkarların vergi borcları və əhalinin mikrokredit borcları silinə bilərmi?

SPACE TV  xəbər verir ki, bununla bağlı “sonxeber.az”-a danışan deputat Fazil Mustafa bildirib ki, sözügedən məsələ əlbəttə mümkündür:

“Azərbyacan hökuməti qarşıya çıxacaq istənilən problemdə vəziyyəti vətəndaşın xeyirinə tənzimləmək istəyir. Bu da olduqca vacibdir. Çünki əks halda vətəndaşın kişik sıxıntısından bütün ölkə problem yaşayır. Sahibkarlarla bağlı da bu kimi addımlar atılır. Bu məsələdə böyük hesablamalara ehtiyac var. Birdən-birə bunu reallaşdırmaq mümkün deyil. Hətta bir manat silinərsə belə büdcəyə nə qədər təsir göstərəcəyi dəqiqləşdirilməlidir.

Vətəndaşlarımız və sahibkarlarımız bu məsələdə bir az səbirli olub gözləməlidir. Dövlət onsuz da öz addımlarını atacaq. Ona görə də narahat olmağa dəyməz. Qaldı ki, kredit borclarının silinməsinə dövlət bir dəfə bu addımı atıb. 10 min manata qədər olan kredit borcları silinib. Bütövlükdə bu məsələ üzərində dövlət düşünür. Əgər belə bir imkan olarsa belə kiçik həcimli kredit borcları silinə bilər”.

Paylaş

 Xəbəriniz olsun