“Sadə həqiqətlər”də Siyavuş Novruzovdan maraqlı açıqlamalar

  • SpaceTV
  • 5 İyun 2020 15:03

SPACE TV-də yayımlanan “Sadə həqiqətlər” verilişində YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov olduqca maraqlı açıqlamalar verib.

SPACE TV xəbər verir ki, S.Novruzov hazırda Milli Şuranın aparıcı simasına çevrilən Gültəkin Hacıbəylinin hələ 26 yaşı olarkən Goranboydan necə deputat seçildiyinə aydınlıq gətirib.

Millət vəkili deyib ki, o vaxt G.Hacıyeva “91-lər”dən olan Ariz Əbdüləliyevə alternativ idi. YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməsi üçün təkid edib.

S.Novruzov bildirib ki, YAP A.Əbdüləliyevin namizədliyini geri çəkməklə G.Hacıyevanın deputat seçilməsinə şərait yaradıb.

Millət vəkili qeyd edib ki, G.Hacıbəylinin arxasında “gözəgörünməz əllər” olduğu üçün YAP ona dəstək verib.

“Bax, indi Gültəkin həmin “gözəgörünməz əllərin” dalınca danışır”, – S.Novruzov deyib.

S.Novruzov C.Həsənlinin də deputat seçilməsində YAP-ın xüsusi rolu olduğunu xatırladıb:

“Həmişə də Azərbaycan hakimiyyətini tərifləyib. Təhsil komitəsinin üzvü idi və təhsillə bağlı məsələlərdə ona söz verilirdi. C.Həsənli də Azərbaycan təhsilinin inkişafından, yeni məktəblərin tikilməsindən danışardı. Seçilməyən kimi dedi, Azərbaycanda təhsil yoxdur. Budur bunların siması”.

Paylaş

 Xəbəriniz olsun