Sabunçuda iki avtomobilin toqquşması üç nəfəri xəstəxanalıq etdi

  • Space TV
  • 10 Dekabr 2019 10:29

Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı üç nəfər xəsarət alıb.  

SPACE TV xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.  

İki minik avtomobilinin toqquşması nəticəsində 61 yaşlı Süleymanov Mübariz Yunis oğlu, 1973-cü il təvəllüdlü Əzizov Vasif Allahverdi oğlu və 1974-cü il təvəllüdlü Sadıqov Nikolay Faiq oğlu xəsarət alıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib. M.Süleymanova döş qəfəsinin küt travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.  

V.Əzizovq döş qəfəsinin küt travması, N.Sadıqova isə sol körpücük sümüyünün sınığı diaqnozu qoyulub. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.  

Paylaş

 Xəbəriniz olsun