Sabunçuda abad həyət istifadəyə verildi – VİDEO

  • SpaceTV
  • 3 Oktyabr 2019 16:50

İDEA İctimai Birliyinin  təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş, Bizim Həyət lahiyəsi çərçivəsində yenilənən növbəti həyət Sabunçu sakinlərinin istifadəsinə verilib. Həyət, Bakıxanov qəsəbəsi 4090/94 cü məhəllə ünvanında dörd binanı əhatə edir.Layihə çərçivəsində abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları  məhdud  insanların da rahat  hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması və gənclərin asudə vaxtlarının səmərəli keçirilmələri məqsədi ilə ərazidə mini futbol və basketbol  meydançaları, şahmat  meydançası, müxtəlif yaş qrupları üçün  nəzərdə  tutulmuş  idman  qurğuları, uşaqlar üçün  oyun meydançası və oturacaqlar quraşdırılıb. Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətlərdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar  və plastik pəncərələr quraşdırılıb. Həyətin ərazisindəki mövcud yaşıllıqların  bərpası  ilə yanaşı, əlavə  olaraq 50  ədəd  ağac əkilib və 2500 kv.m  ərazidə yaşıllıq zolağı salınıb. Bina sakinlərinin təhlükəsizliyinin təmin olunması məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.Məlumat üçün  bildirək ki, bu gün sakinlərin istifadəsinə verilmiş abad  həyət  “İDEA  İctimai  Birliyinin” təşəbbüsü  ilə  abadlaşdırılmış 32-ci həyətdir.Sözügedən lahiyənin paytaxtın bütün rayonlarında həyata keçirilməsi nəzərdə tutulur

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun