Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsi-5,7,9 və 11 ünvanının sakinləri 5 il öncə İcra hakimiyyəti tərəfindən sökülmüş xeyr şər evinin yenidən tikilməsini istəyirlər

  • SpaceTV
  • 21 Yanvar 2020 18:10

İllər öncə öz hesablarına tikib ərsiyə gətirdikiləri xeyr- şər evi bir günün içində sökülərək yerlə yeksan edilib, yenisinin tikilməsi isə müşkülə çevrilib.Sabunçu rayonu Bakıxanov qəsəbəsi Şamil Kamilov küçəsi-5,7,9 və 11 ünvanının sakinləri 5 il öncə İcra hakimiyyəti tərəfindən sökülmüş xeyr şər evinin yenidən tikilməsini istəyirlər

Sözügedən ünvanda yaşayan sakinləri narahat edən daha bir problem isə binaların həyətlərinin baxımsız vəziyyətə düşməsidir.

Burda 30 il öncə əkilən  onlarla hündürgövdəli ağac vaxtında sulanmadığı üçün bir neçəsi quruyub, bir neçəsi isə sakinlər üçün əməlli-başlı  təhlükəyə çevrilib.

Ərazi üzrə 86 saylı mənzil kommunal istismar sahəsinin əməkdaşı İnsaf Qəmbərov bildirdi ki, xeyr şər evinin sökülməsinə sakinlər arasındakı fikir ayrılığı səbəb olub.Təhlükə yaradan ağacların siyahısı ilə qeydə alınaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilib.

Yaxın günlərdə bu həyətlərdə də abadlıq işlərinə başlanılacağını deyən İnsaf Qəmbərovun sözlərinin həqiqət olub olmamasını bilmək  üçün sakinlərə bir müddət də səbr edib gözləmək qalır.Gec olar güc olar deyiblər.

RƏŞAD VƏKİLOĞLU SPACE TV

Paylaş

 Xəbəriniz olsun