Sabunçu bazarında güclü yanğın

  • SpaceTV
  • 28 Noyabr 2019 13:13

Sabunçu rayonunda yanğın hadisəsi baş verib.

SPACE TV xəbər verir ki, rayon ərazisindəki Sabunçu bazarında yerləşən telefon aksesuarları satılan mağazada elektrik naqillərinin həddən artıq yüklənmə səbəbindən yanğın başlayıb.

Alov qısa zamanda yaxınlıqdakı aptekə və digər mağazalara keçib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin Sabunçu və Nizami rayonları üzrə Yanğından Mühafizə Xidmətinin 5 briqdası cəlb edilib.

Alov söndürülüb, yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb.

Paylaş

 Xəbəriniz olsun