Şabranda qadının suda boğularaq öldürülməsinin təfərrüatları məlum oldu

  • Space TV
  • 2 Sentyabr 2020 13:29

Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Spacetv.az-ın verdiyi məlumata görə, rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib. Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub. Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.

Qeyd edək ki, faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş

 Xəbəriniz olsun