Şabranda oğlunu güllələyən ata saxlanıldı

  • Space TV
  • 15 Yanvar 2021 12:06

Daxili İşlər Nazirliyi (DİN) Şabranda baş verən güllələnmə hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat xidmətindən Spacetv.az-a bildirilib ki, Şabran Rayon Polis Şöbəsinə yanvarın 14-də Pirəmsən kəndində Quba rayon sakini, əvvəllər məhkum olunmuş T.Məmmədovun sərxoş halda ailə-məişət münaqişəsi zəminində oğlu Ürfanın istiqamətində tüfəngdən atəş açması barədə məlumat daxil olub.

Baş nahiyəsindən xəsarəti almış Ürfana xəstəxanada ilkin tibbi yardım göstərilib.

Polis əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı oradan “İJ-16” markalı ov tüfəngi götürülüb.

Görülmüş tədbirlərlə T.Məmmədov saxlanılıb.

Araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun