Şabranda karantin qaydalarını pozaraq balıq ovlayan beş nəfər saxlanıldı.

  • Space TV
  • 20 Aprel 2020 13:48

Şabran rayon ərazisində 5  nəfər şəxs karantin qaydalarını pozaraq balıq ovuna çıxıb.Onlar Eldar Cəfərovun idarə etdiyi “Lada” markalı nəqliyyat vasitəsi ilə rayon ərazisində yerləşən “Taxtakörpü” su anbarına gizli yollarla daxil olublar.Şabran Rayon Polis Şöbəsinin və Baş Mühafizə İdarəsinin Həyat Əhəmiyyətli Obyektlərin Mühafizəsi üzrə Polis Alayında 4-cü bölüyünün əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində xüsusi karantin rejimi qaydaları pozan həmin şəxslər su anbarı ərazisində saxlanılıb. Araşdırmalarla onarın Sumqayıt şəhər sakinləri Fariz Məmmədov, Eldar Cəfərov və Səbuhi İsmayılov və Şabran rayon sakinləri Ziya Şükürov və Şirin Hüseynov olduqları müəyyən edilib.

Polis əməkdaşları tərəfindən həmin şəxslərə məxsus tilovlar, eləcə də dörd ədəd ovlanmış balıq maddi sübut kimi götürülüb.Hazırda Faktla bağlı Şabran RPŞ-də araşdırmalar aparılır.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun