Şabran və Samux sakinlərindən eyni markalı silah götürüldü

  • Space TV
  • 15 Fevral 2021 13:51

Şabran və Samux sakinlərində silah aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Şabran Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Təzəkənd kənd sakini B.Musayevin yaşadığı evə baxış zamanı oradan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bundan başqa, Samux RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bağbanlar kənd sakini X.Qəribovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Paylaş

 Xəbəriniz olsun