Şabran qaynar xəttə gələn zəng

  • SpaceTV
  • 28 Aprel 2020 15:11

Söhbət Bakıdan Rusiya fedarasiyasına çəkilən yeni magistral yol xəttinin Şabrandan, daha dəqiq desək rayonun  Güləmli kəndindən keçən hissəsindən gedir. Təsərrüfatçılar deyir ki, yolun çəkilişi ilə bağlı bu günə qədər hər hansı bir qurum tərəfindən onlara məlumat verilməyib. Onlar yolun çəkilişindən deyil, dəyən zərərin qarşılanmamasından narazılığlarını bildirirlər.

Sakinlər deyirlər ki,sözü gedən ərazidə 80-ə yaxın vətəndaş bu problemlə üzləşib.Onlar yolun çəkilişindən deyil, dəyən zərərin qarşılanmamasından narazılığlarını bildirirlər.

Təsərrüfatçıların rastlaşdığı digər məsələ isə əkin sahələrinin suvarma suyu ilə bağlıdır.

Məsələ ilə bağlı Şabran Rayon İcra Hakimiyyətindən isə bildirildi ki,vətəndaşların rastlaşdığı problemlərdən xəbərdardırlar.Onlara dəyən zərərin ödənilməsi ilə bağlı aidiyyatı orqanlar qarşısında məsələ qaldırılacaq və vətəndaşların probleminin tezliklə həllinə çalışılacaq.O ki qaldı təsərrüfatçıların suvarma suyu ilə bağlı rastlaşdığı problemə hazırda  ərazilərə suyun çatdırılması ilə bağlı işlərin görüldüyü deyildi. Məsələ diqqətimizdə olacaq.

Emin Vaqifoğlu SPACE TV

Paylaş

 Xəbəriniz olsun