Sabitlik və etibarlılıq – Mixail Leontyev Mehriban Əliyevanın Moskvaya səfərini şərh edir

  • Space TV
  • 25 Noyabr 2019 18:29

Politoloq, publisist, televiziya və radio aparıcısı və Rusiyanın ən məşhur jurnalistlərindən biri olan Mixail Leontyev diqqqətləri Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın Moskvadakı Rusiya-Azərbaycan regionlararası forum səfərinə yönəltdi.

Xatırladaq ki, Azərbaycanın Birinici vitse-prezidentinin Moskvaya səfəri zamanı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı olub.

Bundan əlavə, Mehriban Əliyeva ən yüksək səviyyədə görüşlər keçirib. Rusiya Prezidenti Vladimir Putin isə Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmlənməsindəki xidmətlərinə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.

Mixail Leontyev SPACE TV-ə verdiyi müsahibədə bildirir ki, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təqdim etdiyi mükafat çox simvolik hesab olunur.

“Mehriban Əliyeva təkcə prezidentin xanımı deyil, eyni zamanda, Birinci vitse-prezidentdir. Bu soyad xüsusi əhəmiyyət kəsb edir. Rusiya-Azərbaycan münasibətlərinin təməli görkəmli siyasətçi Heydər Əliyev tərəfindən qoyulub. Çətin geosiyasi vəziyyətdə Azərbaycanla Rusiya arasında strateji əməkdaşlıq bölgədəki sabitliyin açarıdır. Bu, əlbəttə ki, çox vacibdir”.

Müsahibimizin sözlərinə görə, XTNS-də “Azərbaycan” pavilyonunun açılması ənənəvi birgə mövcudluğun təməllərinin bərpası deməkdir.

“Bunsuz Zaqafqaziyada normal bir vəziyyət mümkün deyil. Əslində, bu münasibətlərin dağılması bölgədə sabitliyin pozulmasına təkan verər və bu da hamı üçün çox kədər gətirər. Buna görə fərqli bir situasiya mümkün deyil və XTNS-də pavilyon kimi postsovet rəmzləri çox adekvatdır.

Rusiya-Azərbaycan münasibətlərində sabitlik və etibarlılıq hiss edirəm. Bu, artıq çox şey deməkdir. Ancaq mən münasibətlərin möhkəmlənməsi üçün daha da yaxınlaşmaq istərdim”, – deyə Mixayıl Leontyev yekunlaşdırıb.

Paylaş

 Xəbəriniz olsun