Sabirabdda 64 yaşlı kişi Kürdə boğulub

  • Space TV
  • 26 İyun 2020 15:23

Hadisə çayın Sabirabad rayonunun Quruzma kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Ulacalı kəndi ərazisində kafedə yeyib-içən Hacıqabul rayonunun Qarasu kənd sakini, 1956-cı il təvəllüdlü Teymur Məhəmmmədrza oğlu Soltanov sərinləmək məqsədi ilə Kür çayına yollanıb. O, çayın sahilində ikən ayağı sürüşərək suya düşüb. Deyilənlərə görə, tək olduğundan ona kimsə kömək edən olmayıb və Teymur Soltanov çayda bataraq boğulub. Bu barədə məlumat daxil olankimi hadisə yerinə Fövqəldaə Hallar Nazirlyinin “Muğan”  regional Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub. Axtarışlar aparılmasına baxnayaraq hələ ki, suda boğulanın meyitini tapmaq mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun