Sabirabadda xalasının evindən 3600 manatlıq qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

  • SpaceTV
  • 11 May 2020 15:02

Sabirabad şəhər sakini ona məxsus mənzildən  qızıl-zinət əşyalarının oğurlandığı barədə polis şöbəsinə müraciət edib. Məlum olub ki, xalası evindən oğurluq edən şəxs Sabirabad şəhər sakini, 39 yaşlı  Rizvan Kazımovdur.   

Saxlanılan şəxs oğurladığı qızıl-zinət əşyalarını tanışı Sabirabad şəhər sakini, əvvəllər cinayət məcəlləsinin 234.2-ci maddəsi ilə məhkum olunmuş, 1990-cı il təvəllüdlü Ağayev Mirhüseyin Xalıq oğluna verərək qızılları satmaqda ona kömək etməsini istəyib. Əvəzində ona hörmət edəcəyini də bildirib. Sonuncunun oğurluq hadisəsində iştirakı olmasa da  polis şöbəsinə gətirilən zaman özünü şübhəli apradığından üzərinə baxış keçirilib və ondan narkotik vasitə olan 2 büküm heroin, 3 büküm metamfetamin aşkar olunaraq götürülb. Hər iki fakt üzrə Sabirabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun