Sabirabadda velosiped sürən 12 yaşlı uşağı maşın vurub öldürdü

  • Space TV
  • 13 Sentyabr 2020 14:42

Sabirabadda 12 yaşlı uşağı avtomobil vuraraq öldürüb.

Spacetv.az-ın məlumatına görə, hadisə Sabirabad rayonunun Qəzli kəndində qeydə alınıb.

Kənd sakini, 12 yaşlı Həsənov Elşən Rövşən oğlu velosipedlə hərəkətdə olarkən avtomobil tərəfindən vurulub. Ağır xəsarətlər alan uşaq xəstəxanaya aparılarkən yolda keçinib.

Faktla bağlı Sabirabad polisi tərəfindən araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun