Sabirabadda silsilə oğurluqlar edən keçmiş məhkum saxlanılıb.

  • Space TV
  • 23 Aprel 2020 15:31

Sabirabad polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşalrın evindən oğurluq edən şəxs saxlanılıb. Zərərçəkmiş vətəndaşalrın şikayətləri əsasında məlum olub ki, oğurluq edən şəxs Sabirabad şəhər sakini, əvvəllər oğurluq maddəsi ilə məhkum olunmuş 20 yaşlı Saleh Valeh oğlu Əliyevdir.  Keçmiş məhkum müxtəlif vaxtlarda Sabirabad sakinlərinə məxsus 3 mənzildən qızıl-zinət əşyaları, elektron avadanlıqlar, televizor, elektirk  məişət əşyaları, xalça-palaz və sair əşyalar oğurlayıb. Həmçinin şəhər ərazisində yerləşən ictimai iaşə obyektindən də eyni xarakterli oğurluq edərək sakinlərə ümumilikdə 6 min manata qədər ziyan vurub. Narkotik aludəçisi olan Saleh Əliyev oğurladıqları əşyaların bir qismini satamağa müvəffəq olub. Satılmayan digər əşyalar maddi sübut kimi götürülərək istintaqa təqdim edilib.

Faktla bağlı Sabirabad rayon polis şöbəsində istintaq hərəkətləri davam etdirilir.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun