Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

  • SpaceTV
  • 19 May 2020 14:29

Yol qəzası Sabirabad şəhəri Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, “VAZ-2107” markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan piyada təcili yardım maşını ilə Şirvan şəhər mərkəzi xəstəxanasına aparılarkən yolda keçinib. Meyit müayinə olunmaq üçün məhkəmə tibbi-ekspertizaya göndərilib. Faktla bağlı Sabirabad rayon polis şöbəsində araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun