Sabirabadda narkotik vasitələrin alver ilə məşğul olan keçmiş məhkumlar saxlanılıb.

  • SpaceTV
  • 13 May 2020 14:36

Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhər sakini, 37 yaşlı Ramil Qənbərov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman oradan 80 qrama yaxın narkotik vasitə olan heroin və qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Hazırda narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi üçün müvafiq əməliyyat-axtarış tədbirləri davam etdirilir. Bununla bağlı Sabirabad rayon polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş

 Xəbəriniz olsun