Sabirabadda Kür çayında batan şəxsin meyiti sudan çıxarılıb

  • Space TV
  • 17 İyun 2020 14:23

Kür çayının Sabirabad rayonu Qruzma kəndi ərazisindən keçən hissəsində batan şəxsin meyiti sudan çıxarılıb.

İyunun 14-də Kür çayında batan Sabirabad sakini, 1989-cu il təvəllüdlü Abdullayev İlham Əhəd oğlunun meyiti iyunun 16-da səhər saatlarında Sabirbad rayonunun Bulduq kəndində aşkar edilib. Meyit sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

Qeyd edək ki, mərhumun 2 qız övladı var. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun