Sabirabadda kafedə yanğın

  • Space TV
  • 15 Avqust 2020 15:23

Sabirabad rayonunda ümumi sahəsi 480 kvadrat metr olan ikimərtəbəli kafenin ikinci mərtəbəsinin yanar konstruksiyaları 70 kvadrat metr sahədə qismən yanıb.

Spacetv.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Paylaş

 Xəbəriniz olsun