Sabirabadda iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinə qarşı vaksin vurulmasına başlanılıb

  • SpaceTV
  • 23 Yanvar 2020 16:53

Sabirabad rayon Baytarlıq İdarəsinin əhatə etdiyi baytar məntəqəsinin həkimləri tərəfindən mal-qara arasında yayıla biləcək qarayara yoluxucu xəstəliyinin qarşısını almaq məqsədi ilə vaksinasiya davam etdirilir. Bunun üçün baytar həkimlər şəxsi təsərrüftlara baş çəkir, iribuynuzlu, eləcə də təkdırnaqlı heyvanlarda qarayaraya vaksin vururlar.

Mütəxəssisləri fikrincə, qarayara yoluxucu xəstəlik olduğundan heyvanlardan insanlara da keçə bilər. Odur ki, bu xəstəliyə qarşı vaxtında mübarizə aparmaq olduqca zəruridir. Təsərrüfat sahibləri peyvəndləmə işlərdən razılıq edirlər.

Vaksinasiya aparılan təsərrüfatlarda müxtəlif yoluxucu xəstəliklərin qarşısını almaq üçün dezinfeksiya işləri aparılır. Rayonda aparılan profilaktik tədbirləri nəticəsində bu günədək heyvanlar arasında hər hansı bir xəstəlik qeydə alınmayıb. Qeyd edək ki, rayonda  120 min baş iribuynuzlu, 230 min baş xırdabuynuzlu heyvan saxlanılır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun