Sabirabadda ilk dəfə olaraq qoşa cərgəli pambıq əkini həyata keçiriləcək

  • Space TV
  • 11 Mart 2020 16:41

Sabirabadlı fermer Əfras Əsgərov yüksək məhsuldarlıq əldə etmək üçün bu il qoşa cərgəli pambıq əkini həyata keçirməyi planlaşdırır. Ötən il Çin üsulu ilə əkilən qoşa cərgəli pambıq tarlasında olan fermer burdakı əkin üsulu ilə tanış olduqdan sonra xüsusi aqreqat hazırlayıb. 600 manata qədər xərc çəkmələ səpin borusu  ikiyə çatıdırılıb. Həmçinin  toxum örtən  təkərlərin də  ölçüsü  dəyişdirilərək sayı artırılıb.

Fermer Əfras Əsgərovun sözlərinə görə, qoşa cərgədə əkilən pambıq kollarının sayı tək cərgəyə nisbətən daha çox olur. Bu da həmin sahələrdə məhsuldarlığın artmasına gətirib çıxarır.

Fermer bildirir ki, qoşa cərgəli pambıq əkiniüçün ərsəyə gətirdikləri aqreqatda cərgə və toxumarası məsafələri dəyişmək mümkündür. Bu aqreqatla həmçinin liftli və liftsiz toxumlar da əkmək olur. Əfras Əsgərov bu növ üsulla 175 hektarda pambıq əkməyi planlaşdırır.

Təyyar Nəsirli SPACE TV

Paylaş

 Xəbəriniz olsun