Sabirabadda iki piyada qadının ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

  • SpaceTV
  • 8 İyul 2020 15:14

Sabirabad şəhəri ərazisində qəza hadisəsi qeydə alınıb. Belə ki, rayon sakini KamranNəsirli sürətlə idarə etdiyi “Mersedes” markalı minik avtomobillə yolu keçərək qoşa xəttin üstündə dayanan 72 yaşlı Banu Əliyeva və onun qızı, 49 yaşlı Hədiyyə Niftəliyevanı vurub. Qəza nəticəsində müxtəlif dərəcələ ağır bədən xəsarəti alan ana və qızı hadisə yerində keçiniblər.  Hər iki qadının meyiti müayinə olunmaq üçün məhkəmə-tibbi ekspertizaya göndərilib. Qeyd edək ki, hadisəni törədən Kamran Nəsirlinin Sabirabad rayon Vərəm Dispanserinin baş həkimi Rasim Nəsirovun oğlu olduğu bildirilir. O, polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Təyyar Nəsirli space tv

Paylaş

 Xəbəriniz olsun